Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar
17.07.2025 13:36 Xarici siyasət

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

TodayPress TV xəbər verir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib.

Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

FOTOLAR

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar — 1
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar — 2
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar — 3
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar — 4
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxdılar — 5
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər