Prezident İlham Əliyev Putinə zəng etdi

Prezident İlham Əliyev Putinə zəng etdi
07.10.2025 13:16 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı Rusiya Prezidentini doğum günü münasibətilə təbrik edib.

Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər