Prezident İlham Əliyev milli bayram münasibətilə Çexiya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev milli bayram münasibətilə Çexiya Prezidentini təbrik etdi
28.10.2025 11:24 Xarici siyasət

Prezident İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Petr Paveli və Çexiya xalqını təbrik edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib:

“İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Prezident İlham Əliyev Petr Pavelə ən xoş arzularını çatdırıb, Çexiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər