Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur
03.10.2025 11:35 Xarici siyasət

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur.

TodayPress TV xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikasının Prezidenti Li Cemyönə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər