Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başladı

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başladı
03.07.2025 16:00 Xarici siyasət

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

FOTOLAR

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başladı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər