Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.