Omandakı səfirliyin inzibati binasının rəsmi açılışı olacaq

Omandakı səfirliyin inzibati binasının rəsmi açılışı olacaq
28.10.2025 17:22 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun oktyabrın 29-da Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın Omandakı səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər