Milli Məclisin sədri Pakistan Prezidenti ilə görüşdü
Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib.
TodayPress TV-nin xəbərinə görə, bu barədə TBMM sədri X-da paylaşım edib.
Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib.