Milli Məclisin komitə sədri Qazaxıstana səfər edəcək

Milli Məclisin komitə sədri Qazaxıstana səfər edəcək
23.09.2025 10:25 Xarici siyasət

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BeWoman Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.

TodayPress TV xəbər verir ki, tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq. 

Milli Məclisin komitə sədri Hicran Hüseynova “Həmrəyliyin gücü” mövzusuna həsr olunmuş plenar iclasda, “Qadın liderlərin beynəlxalq ittifaqları” adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.

Səfər sentyabrın 27-də başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər