Milli Məclis Kiqali Düzəlişini təsdiqlədi
Milli Məclisin bu gün keçirilən iclasında “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
TodayPress TV xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.