Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü
20.08.2025 11:33 Xarici siyasət

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb.

"Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - L.Abdullayeva vurğulayıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər