İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
27.06.2025 17:28 Xarici siyasət

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşların təxliyəsi uğurla həyata keçirilib.

TodayPress TV xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub.

Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.

Vətəndaşların təhlükəsiz hərəkəti üçün xüsusi nəqliyyat vasitələri ayrılıb və onlar Bakı istiqamətində yola salınıblar.

Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Hazırda da əcnəbi vətəndaşların təxliyəsi ilə bağlı proseslər koordinasiyalı şəkildə davam etdirilir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

(AZƏRTAC)

FOTOLAR

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 1
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 2
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 3
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 4
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 5
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 6
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 7
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 8
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir — 9
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər