İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu - YENİLƏNDİ 4

Xarici siyasət

04.02.2026 20:35

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olundu.

Prezident Rəcəb Tayyib Ərdoğan:

-Hörmətli qonaqlar.

Müxtəlif ölkələrdən tədbirdə iştirak edən hörmətli dostlarım.

Sizləri ən səmimi duyğularımla, hörmətlə və sevgi ilə salamlayıram.

2026-cı il Zayed İnsan Qardaşlığı mükafatlarının başda mükafatların sahibləri olmaqla hamımız üçün xeyirli olmasını diləyirəm.

Türkiyədəki 86 milyon qardaşınızın salamlarını sizə çatdırmaqdan böyük məmnunluq duyuram.

2019-cu ildən bəri təqdim edilən mükafatların bilavasitə yaşadığımız günlərdə bütün dünyada sülhə və sabitliyə töhfə verməsini diləyirəm.

Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri cənab Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm.

Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram.

Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.

Bu düşüncələrlə həm Azərbaycan Prezidenti cənab Əliyevi, həm də Ermənistanın Baş naziri cənab Paşinyanı bir daha təbrik edirəm.

2026-cı il Zayed İnsan Qardaşlığı mükafatlarının bütün insanlıq üçün xeyirli olmasını diləyir, hamınızı sevgi və ehtiramla salamlayıram.

Sağ olun, var olun, salamat qalın!

***

18:15

Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.

Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim etdi.

Tədbirdə birgə foto çəkdirildi.

TodayPress TV

***

18:06

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.

TodayPress TV

***

17:58

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.

TodayPress TV

***

17:26

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

tag: Prezident,İlham Əliyev,BƏƏ,Səfər,todaypress.tv,

photo
photo