İlham Əliyev “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü

İlham Əliyev “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü
02.09.2025 11:28 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

İlham Əliyev “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü — 1
İlham Əliyev “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər