Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak etdi

Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak etdi
08.11.2025 21:40 Xarici siyasət
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.

TodayPress TV xəbər verir ki, hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini izləyiblər.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər