Geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirləri müzakirə edildi

Geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirləri müzakirə edildi
07.07.2025 17:34 Xarici siyasət

ADA Universitetində keçirilən “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” adlı ikinci panel müzakirə baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevin əsas natiq qismində iştirak ediblər.

Panel çərçivəsində ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın şaxələndirilməsi, geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, Azərbaycandan keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

Natiqlər daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıblar.

FOTOLAR

Geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirləri müzakirə edildi — 1
Geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirləri müzakirə edildi — 2
Geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirləri müzakirə edildi — 3
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər