Ersin Tatar Azərbaycan, Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətini qəbul etdi

Ersin Tatar Azərbaycan, Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətini qəbul etdi
14.10.2025 14:08 Xarici siyasət

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə üç ölkənin parlamentlərarası işçi qruplarının üzvləri iştirak ediblər:

"Qarşıdan gələn prezident seçkiləri öncəsi Ersin Tatara xoş arzularımızı çatdırdıq. Eyni zamanda, Şimali Kipr xalqının haqq işinə, suverenliyinə və dövlətinə dəstəyimizi vurğuladıq. "Bir millət, üç dövlət - möhkəm həmrəylik, ortak gələcək".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər