Ermənistan tərəfi Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqladı

Ermənistan tərəfi Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqladı
04.11.2025 23:15 Xarici siyasət

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə ölkəyə tədarük edildiyini bildirib.

TodayPress TV-nin məlumatına görə, bu barədə nazir özünün "Facebook" səhifəsində paylaşım edib.

"Qazaxıstan mənşəli taxıl yoldadır və yaxın günlərdə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", – deyə G. Papoyan qeyd edib.

O bildirib ki, hazırda Rusiya taxılının bir hissəsi də Azərbaycan ərazisindən Ermənistana daşınır.

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər