Əl Şaraanın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ
12.07.2025 20:10 Xarici siyasət

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

13:32

***

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

FOTOLAR

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər