Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular
27.09.2025 16:59 Xarici siyasət

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Oradan Şuşaya gələn Çili parlamentarilərini Şəhər Meydanında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qarşılayıblar.

Şuşa ilə tanışlıq Şəhər Meydanından başlayıb. Senatorlara burada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra qonaqlar Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Şuşanın Qala divarlarını seyr ediblər, İsa bulağına baş çəkiblər, Cıdır düzünə qalxıblar.

Cıdır düzünə gələn qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğadan azad etmələri barədə məlumat verilib.

Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Çili senatorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Senatorları burada Xankəndi Şəhər Bərpa-Tikinti-İdarəetmə xidmətinin əməkdaşları qarşılayıblar.

Qonaqlar Xankəndidə Zəfər meydanını gəziblər, şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, orada yaşayır, işləyir və təhsil alır.

Senatorlar burada şəhid anaları ilə söhbət ediblər.

TodayPress TV

FOTOLAR

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 1
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 2
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 3
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 4
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 5
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 6
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 7
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 8
Çili senatorları Şuşa və Xankəndi şəhərlərində oldular — 9
XƏBƏR LENTİ
05 IYUN 2026
Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Bütün Xəbərlər