Ceyhun Məmmədov beynəlxalq konfransda iştirak edəcək

Ceyhun Məmmədov beynəlxalq konfransda iştirak edəcək
03.10.2025 15:50 Xarici siyasət

Milli Məclisin deputatı Ceyhun Məmmədov oktyabrın 6-da Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkili səfər çərçivəsində BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyətinin tərkibində iştirak edəcək. 

Səfər oktyabrın 9-da başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər