Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşdü

Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşdü
04.11.2025 21:40 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

TodayPress TV-nin məlumatına görə, bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu ölkəyə rəsmi səfərim zamanı Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşməkdən məmnunam. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlıq istiqamətlərini müzakirə etdik və Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladıq", - deyə C. Bayramov qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər