Cevdet Yılmaz Azərbaycanı təbrik etdi

Cevdet Yılmaz Azərbaycanı təbrik etdi
27.05.2025 01:34 Xarici siyasət

“Sevimli Azərbaycanımızın müstəqillik sevinci türk millətinin ortaq qürurudur!”

TodayPress TV xəbər verir ki, bu sözləri öz “X” hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz yazıb.

Yılmaz daha sonra sözlərinə belə davam edib: “İki dövlət, bir millət” anlayışı ilə böyüyən qardaşlığımızla; biz ümumi hədəflər ətrafında birləşməklə gələcəyi birlikdə qururuq.

Azərbaycanın şanlı müstəqillik günündə müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi şükran hissi ilə yad edirik.

Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.”

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər