Bolqarıstan İrandakı diplomatlarını Azərbaycana təxliyə etdi
Bolqarıstan öz diplomatlarını İrandan Azərbaycana təxliyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov məlumat verib.
Onun sözlərinə görə, İranda 12 bolqar diplomat və onların ailə üzvləri olub.