Azərbaycanla İran arasında müzakirələr aparıldı

Azərbaycanla İran arasında müzakirələr aparıldı
08.09.2025 13:35 Xarici siyasət

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub:

"Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər