Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş təsdiqləndi

Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş təsdiqləndi
20.06.2025 13:18 Xarici siyasət

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, Fərmana əsasən 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər