Azərbaycan XİN Hindistana başsağlığı verdi

Azərbaycan XİN Hindistana başsağlığı verdi
12.06.2025 15:04 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "X" hesabında yazılıb.

"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədən təsirlənənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Hindistana qarşıdakı günlərdə güc və şəfa diləyirik".

Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər