Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq

Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
08.08.2025 16:48 Xarici siyasət

Azərbaycan Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.

Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibənin 17-ci ili tamam olur.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər