Azərbaycan XİN Avstriyaya başsağlığı verdi

Azərbaycan XİN Avstriyaya başsağlığı verdi
10.06.2025 16:02 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" sosial media hesabında məlumat yayıb. 

"Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik", - deyə paylaşımda qeyd olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər