Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək
23.10.2025 01:34 Xarici siyasət

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti arasında Tokioda keçirilən UMAC-2025 konfransında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyinə görə təşəkkür edirik – Təhlükəsizlik və sadəcə sülh naminə birlikdə!", - o qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər