Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirildi

Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirildi
24.07.2025 12:42 Xarici siyasət

Azərbaycan və Somali xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Həmçinin, BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb.

Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər