Azərbaycan və Serbiya ikitərəfli əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Serbiya ikitərəfli əməkdaşlığı müzakirə etdi
12.06.2025 21:10 Xarici siyasət
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bu ölkənin dövlət idarəçiliyi və yerli idarəetmə naziri Yelena Jariç Kovaçeviç ilə görüşüb.

TodayPress TV diplomatik missiya rəhbərinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən  məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Yelena Jariç Kovaçeviç ilə görüşmək və strateji tərəfdaşlığın möhkəm təməli üzərində qurulmuş ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməkdən məmnun oldum”, - diplomat yazıb.
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər