Azərbaycan və Özbəkistan XİN başçılarının telefon danışığı oldu

Azərbaycan və Özbəkistan XİN başçılarının telefon danışığı oldu
16.06.2025 14:34 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər