Azərbaycan və Özbəkistan notariat sisteminin rəqəmsallaşdırılmasını müzakirə etdi
Xarici siyasət
07.11.2025 20:50
Azərbaycan və Özbəkistan arasında notariat sisteminin rəqəmsallaşdırılması müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan və Özbəkistanın Ədliyyə nazirlikləri arasında notariat sisteminin inkişafı sahəsində təcrübə mübadiləsinə həsr olunmuş onlayn görüşdə bildirilib.
Görüş zamanı tərəflər nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi, notariat xidmətlərinin rəqəmsallaşdırılması, sənədləşdirmənin elektron formatda aparılması, prosedurların sadələşdirilməsi mexanizmləri və qabaqcıl təcrübənin tətbiqi məsələlərini müzakirə ediblər.
Görüşün sonunda bu sahənin inkişafına və müvafiq mütəxəssislərlə qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni təşəbbüslər müəyyən edilib.
Bu cür tədbirlər notariusların işinin səmərəliliyinin artırılmasına və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
tag: Azərbaycan, Özbəkistan, Ədliyyə, Notaiat, todaypress.tv,
