Azərbaycan Prezidenti İordaniyanın Kralına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İordaniyanın Kralına təbrik məktubu ünvanladı
25.05.2025 10:36 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrik mətkubunda deyilir:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər