Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb
14.02.2026 18:29 Xarici siyasət

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.

TodayPress TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər