Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək
18.10.2025 12:00 Xarici siyasət

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində deyib.

İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib: “Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər