Ankarada Zəfər Günü münasibətilə tədbir keçirildi

Ankarada Zəfər Günü münasibətilə tədbir keçirildi
08.11.2025 16:28 Xarici siyasət

8 Noyabr – Zəfər Günü münasibətilə BUTA Gənclərin Həmrəyliyi Dərnəyinin və Azərbaycanlı Tələbələr Birliyinin təşkilatçılığı, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin ev sahibliyi ilə Ankara şəhərində tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin Ankara Ofisinin rəhbəri Məhəmməd Ağar, BUTA Dərnəyinin sədri Tural Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, sabiq hərbi attaşe, general-mayor Yücel Karauz, Azərbaycanlı Tələbələr Birliyinin sədri Elçin Cəfərli və Türkiyənin müxtəlif universitetlərində təhsil alan çoxsaylı tələbələr iştirak ediblər.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Zəfərin bütün Türk dünyası üçün vacibliyinə diqqət çəkiblər. Onlar ölkəmizi Zəfərə aparan yolun Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən işlərlə başlandığını, Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti, qəhrəman Ordumuzun şücaəti nəticəsində Qələbəyə nail olunduğunu vurğulayıblar.

Daha sonra Zəfər Gününə dair videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində “Zəngəzur” rəqs qrupu milli rəqslərimizi təqdim edib, azərbaycanlı tələbələr tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

Tədbir “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.

TodayPress TV


FOTOLAR

Ankarada Zəfər Günü münasibətilə tədbir keçirildi — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Bütün Xəbərlər