Anar Quliyev: WUF13-ün uğurunda böyük komandanın əməyi var

Anar Quliyev: WUF13-ün uğurunda böyük komandanın əməyi var
22.05.2026 15:42 Xarici siyasət

“WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə ortaq bağlılığı əks etdirən platformaya çevrildi”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qurulan güclü tərəfdaşlıq nəticəsində WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyi ilə bağlı ortaq öhdəliyi əks etdirən qlobal platformaya çevrilib.

Anar Quliyev forumun təşkilində iştirak edən komandaların fəaliyyətini xüsusi qeyd edib.

Komitə sədri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üzrə Azərbaycan əməliyyat şirkətinin əməkdaşlarına, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin komandasına təşəkkürünü bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər