Anar Ələkbərov FIA Senatına üzv seçildi

Anar Ələkbərov FIA Senatına üzv seçildi
28.06.2025 15:24 Xarici siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Senat məlumat yayıb.

Məlumata görə, senat FIA-nın idarəedici orqanıdır.

Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər