ABŞ səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verdi

ABŞ səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verdi
25.12.2025 13:43 Xarici siyasət

ABŞ-nin Azərbaycandakı səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"Bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. ABŞ adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər