Ərdoğan və Oman Sultanı regional məsələləri müzakirə etdi

Ərdoğan və Oman Sultanı regional məsələləri müzakirə etdi
25.05.2026 19:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysəm bin Tariq ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, Ərdoğan və Heysəm bin Tariq Türkiyə-Oman ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı regiondakı müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını, diplomatik addımların dəstəklənməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Türkiyə olaraq regiondakı qardaş ölkələrlə birlikdə qalıcı sülh naminə səy göstərdiklərini bildirib.

Türkiyə olaraq Fələstin torpaqlarında sülh və sabitliyin bərqərar olması üçün də çalışdıqlarını qeyd edən Ərdoğan, Fələstin xalqının hüquqlarını qorumaq naminə hər bir platformada əllərindən gələn dəstəyi verməyə davam edəcəklərini ifadə edib.

Ərdoğan, həmçinin Omman Sultanı Heysəm bin Tariqi Qurban Bayramı münasibətilə təbrik edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Bütün Xəbərlər