UEFA sabit qiymətlər vəd edir — turnirə çıxış rahat olacaq
UEFA
30.03.2026 17:38
UEFA Avropa Çempionatı — 2028 üçün bilet qiymətlərini sabit saxlamaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2028-ci il Avropa Çempionatı üçün bilet qiymətlərini artırmağı planlaşdırmır. Ən sərfəli kateqoriyalardakı biletlər 2024-cü il turnirindəki səviyyədə qalacaq. “Fans First” və üçüncü kateqoriya biletləri müvafiq olaraq 30 və 60 avro olacaq ki, bu da Almaniyada keçirilən turnirin qiymətləri ilə eynidir.
Qeyd edək ki, 2028-ci il Avropa çempionatı 9 iyun – 9 iyul tarixlərində İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Hazırda turnirin qalibi İspaniya millisidir. “Qırmızı furiya” 2024-cü il Avropa çempionatının finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: UEFA,Avropa Çempionatı,2028,Qırmızı furiya,Todaypress.tv,
