Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?

Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?
01.04.2026 16:52 Təhlil

İsrailin İranın Xəzər dənizindəki strateji Bəndər Ənzəli limanına endirdiyi zərbə regionda hərbi-siyasi suları bulandırıb. 


Təsdiqlənmiş peyk görüntüləri və videofaktlar limandakı dəniz bazası, hərbi gəmilər, komanda mərkəzi və təmir zavodu daxil olmaqla, liman infrastrukturuna ciddi zərər dəydiyini təsdiqləyir.

Bəndər Ənzəli Xəzər dənizi üzərindən keçən və ABŞ-nin Qafqaz strategiyasının əsasını təşkil edən “Orta dəhliz” layihəsinin ən mühüm halqalarından biridir. İranla artan müharibə riski səbəbindən Xəzərdə nəqliyyat əlaqələrinin kəsilməsi bu qlobal layihəni uzunmüddətli təhlükə ilə üz-üzə qoyur.

Rusiya tərəfi isə baş verənlərə kəskin reaksiya verərək bunu "məsuliyyətsiz addım" kimi qiymətləndirib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, bu cür hərəkətlər Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riski yaradır. 


Kremlə yaxın media isə 2018-ci il Akta Konvensiyasına istinad edərək, Rusiyanın Xəzər üzərində uçuşlar və dəniz nəzarəti ilə bağlı sərt tədbirlər görməli olduğunu iddia edir.  

Bəs Rusiya Xəzər dənizində hegemonluq yarada bilərmi? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi Xəzər dənizində yaranmış vəziyyət və Rusiyanın baş verənlərə reaksiyasını belə dəyərləndirib:


“Rusiya baş verənlərdən fürsət kimi istifadə etməyə cəhdlər edə bilər, lakin bu, Xəzər dənizində Rusiyanın istədiyini etməsi, yəni hegemonluq qurması anlamına gəlməməlidir. Çünki bu, çox ciddi geosiyasi nəticələr doğura biləcək addım ola bilər və eyni zamanda Rusiyanın özü üçün belə bir davranış siyasi, hərbi və iqtisadi baxımdan yeni problemlər yarada bilər. İranın Bəndər Ənzəli limanı Xəzər dənizində ən mühüm ticarət və logistika nöqtələrindən biridir və İranın Xəzər üzərindən Rusiya ilə əlaqəsinin əsas qovşağıdır. Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) üçün isə xüsusi əhəmiyyət daşıyır. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişdiyi ərazi hesab olunur.

Bu baxımdan, belə strateji əhəmiyyət kəsb edən əraziyə zərbə endirilərsə, bu, ilk növbədə İran-Rusiya logistikasını zəiflədir və Xəzər üzərindən alternativ marşrutların təhlükəsizliyi ilə bağlı risk zonası yaradır. Nəticədə, bu zonada sığorta, daşınma və investisiya ilə bağlı problemlər yaranır.

Amma Orta Dəhlizin əsas yüklərinin Azərbaycan–Gürcüstan–Türkiyə üzərindən daşındığını nəzərə alsaq, Ənzəli limanına edilən zərbələr buranı risk zonasına salsa da, birbaşa iflic etmir”.   

Analitik hüquqi çərçivənin Rusiyanın manevr imkanlarını məhdudlaşdırdığını bildirib:


“2018-ci ildə imzalanmış Aktau Konvensiyası əslində Xəzər dənizinin hüquqi statusunu müəyyən edir və Xəzər dənizi xəzəryanı beş dövlətə məxsusdur. Bura Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan daxildir və Rusiya Xəzər dənizində təkbaşına heç bir halda hansısa addım ata bilməz. Necə ki başqa ölkələrin hərbi donanmasına Xəzər dənizinə daxil olmaq qadağandırsa, eyni zamanda Rusiyanın da, xüsusilə hərbi donanmasının, Xəzərdə digər ölkələrin ərazisində manevr etməsi və ya hegemonluq qurması qadağandır”.

Ekspert Mariya Zaxarovanın açıqlamasını da şərh edib:

“Mariya Zaxarovanın verdiyi bəyanat isə əlbəttə ki, siyasi məqsədlər daşıyır və regionda ABŞ və NATO-nun daha çox irəliləməsinin qarşısını almağa yönəlmiş mesaj kimi qəbul edilə bilər”.  

Ç.Şahbazi əlavə edib ki, regionda güc balansı Rusiyanın dominantlığına imkan vermir:

“Bu baxımdan, Rusiya Xəzərdə hegemonluq qura bilməz, lakin öz təsirini artırmağa çalışacaq. Çünki hüquqi məhdudiyyətlər və Aktau Konvensiyasından irəli gələn qaydalar, yəni kollektiv balans üzərində qurulmuş mexanizmlər Rusiyanın Xəzərdə təkbaşına manevr imkanlarını məhdudlaşdırır. Hətta İran özü də Xəzər dənizində hərbi və siyasi baxımdan ciddi aktordur və Rusiyanın dominantlığını heç bir halda qəbul etməz”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər