Türklər Özbəkistan ordusunu "eyitim"ə aldı - Dünya Turan ordusu ilə tanış olmağa hazırlaşır

Türklər Özbəkistan ordusunu "eyitim"ə aldı -  Dünya Turan ordusu ilə tanış olmağa hazırlaşır
25.05.2026 14:10 Təhlil

Türkiyə Özbəkistan Ordusunun yenidən qurulması prosesinə fəal dəstək verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatlara görə, bu məqsədlə general-mayor rəhbərliyində xüsusi məsləhətçi qrupu Özbəkistana göndərilir. Mütəxəssislər Özbəkistan Silahlı Qüvvələrinin strukturunu, təlim sistemini və idarəetmə mexanizmlərini NATO standartlarına uyğunlaşdırmağa kömək edəcəklər.

Ankara, uzun illərdir Azərbaycan Ordusunun peşəkarlaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il sentyabr əməliyyatında öz gücünü bütün dünyaya nümayiş etdirdi.

İndi isə Türkiyə bu təcrübəni digər qardaş ölkələrə də ötürməyə başlayır. Türkiyə Silahlı Qüvvələri NATO çərçivəsində dünyanın ən güclü quru qoşunlarından birinə malikdir. Türk ordusunun müasir döyüş təcrübəsi, texnoloji üstünlükləri və yüksək peşəkarlıq səviyyəsi türkdilli ölkələr üçün əvəzolunmaz fürsət yaradır.

Hərbi ekspertlər qeyd edir ki, bu əməkdaşlıq yalnız orduların gücləndirilməsi ilə məhdudlaşmır, həm də regional təhlükəsizlik və çəkindirmə potensialının artırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi göz önündədir. Azərbaycanın uğurlu təcrübəsi artıq bir modelə çevrilib və digər ölkələr də bu modeldən faydalanmaq istəyir. Özbəkistanla başlayan prosesin Qazaxıstan və Qırğızıstana da genişlənməsi gözlənilir. Nəticədə, bir-biri ilə sıx əlaqəli, müasir standartlara cavab verən və Türkiyənin təcrübəsi ilə güclənmiş türk orduları regionda sabitliyin və təhlükəsizliyin ən etibarlı qarantına çevrilə bilər.

Məsələ Türk dünyasının gələcək geosiyasi çəkisinin artırılmasıdır. Prosesin Turan Ordusu istiqamətində inkişaf edəcəyi də ekspertlər tərəfindən istisna edilmir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər