Trampın “ikinci görüş” təklifi: Putin bunu necə dəyərləndirəcək? - POLİTOLOQ

Trampın “ikinci görüş” təklifi: Putin bunu necə dəyərləndirəcək? - POLİTOLOQ
15.08.2025 16:30 Təhlil

"ABŞ Prezidenti Donald Trampın açıqlaması göstərir ki, Ağ Ev hazırkı görüşə yalnız formal başlanğıc kimi görür, onu gələcək üçtərəfli sammitin açarı hesab edir. Onun “Rusiya liderindən istədiyim cavabları ala bilməsəm...” ifadəsi diplomatik ritorikadan çox konkret güzəştlər və öhdəliklər gözləntisinin mesajıdır. Bu, ilk görüşü uğurla keçirmək üçün Rusiya Prezidenti Vladimir Putinə bir növ şərtli mandat təqdim edir".

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər Kreml mövqeyini yumşaltsa, Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi format mümkün olacaq. Lakin Rusiya sərt xəttini davam etdirərsə, prosesin dayanacağı ehtimalı yüksəkdir.

Siyasətçi bildirib ki, Tramp bu yanaşma ilə həm Putin, həm də Zelenski üzərində psixoloji təzyiq qurur:

"ABŞ tərəfi ilk mərhələdə Ukraynadakı hərbi gərginliyin azaldılması, mülki əhalinin qorunması və müəyyən iqtisadi məhdudiyyətlərin müzakirəsini gündəmə gətirə bilər. Vaşinqtonun gözləntiləri arasında Rusiyanın strateji mövqelərindən müəyyən qədər geri çəkilməsi də var. Buna əsasən Qərb sanksiya siyasətində müəyyən yumşalmalara gedə bilər.

Putin üçün bu görüş ABŞ ilə birbaşa dialoq imkanını bərpa etmək baxımından əhəmiyyətlidir. Zelenski isə ABŞ-nin danışıqlarda aktiv mövqeyini Kiyevin siyasi legitimliyinin güclənməsi kimi qiymətləndirəcək. Buna görə də hər iki tərəf Trampın “ikinci görüş” şərtini diqqətlə izləyir".

Analitikin qənaətincə, əsas gözləntilərdən biri, tərəflərin gələcəkdə atəşkəs və siyasi həll mexanizmlərinin təməl prinsiplərində razılaşmasıdır:

"Lakin Krımın statusu və Donbasdakı real nəzarət məsələləri hələ də ciddi əngəl olaraq qalır. Trampın “məhsuldar” adlandırdığı nəticə, əslində, tərəflərin qarşılıqlı güzəşt paketinə razılaşmasıdır. Bu gün əldə ediləcək nəticələr, ikinci görüşün reallığını müəyyənləşdirəcək. Nəticədə, bugünkü görüş həm diplomatik tempin qorunması, həm də Ukrayna münaqişəsinin siyasi istiqamətə yönəldilməsi baxımından həlledici mərhələdir".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşü normal keçərsə, dərhal Ukrayna lideri Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli sammit keçirmək istərdi. Ancaq xəbərdarlıq edib ki, istədiyi cavabları ala bilməsə, ikinci görüş olmayacaq:

Qiymət Mahir

FOTOLAR

Trampın “ikinci görüş” təklifi: Putin bunu necə dəyərləndirəcək? - POLİTOLOQ — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Bütün Xəbərlər