Tramp-Putin görüşü: Gözləntilər nələrdir?

Tramp-Putin görüşü: Gözləntilər nələrdir?
07.04.2026 23:26 Təhlil

"Dünyada, xüsusilə Avropada bəzi ölkə rəhbərləri həm xeyirxahlıq, həm də ölkəsinin milli maraqları baxımından mövcud münaqişələrdə vasitəçilik etməyə həvəslə yanaşırlar". 

Bunu politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, bu liderlər arasında Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yer alır və onlar münaqişələrin həllinə töhfə verməyə çalışırlar. 

Analitik vurğulayıb ki, bu cür təşəbbüslər müsbət qiymətləndirilməlidir, lakin təəssüf ki, indiyə qədər nə Macarıstanın, nə də Türkiyənin vasitəçilik səyləri real və konkret nəticələr verməyib. Lakin bu, həmin liderlərin xoş niyyətlərinə kölgə salmır. Xüsusilə Orbanın öz resurslarından istifadə edərək Ukrayna müharibəsinin dayandırılmasına töhfə vermək istəyi diqqətəlayiqdir. 

Ekspert qeyd edib ki, Orbanın Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etmək təşəbbüsü maraqlı olsa da, mövcud şəraitdə belə bir görüşün baş tutma ehtimalı olduqca aşağı, hətta yox səviyyəsindədir. Onun fikrincə, Ukrayna məsələsinin ABŞ və Rusiya arasında müzakirəsi və bu danışıqlardan ciddi nəticə əldə olunması da real görünmür.


Politoloq bunun əsas səbəbi kimi tərəflərin mövqelərinin müəyyən mənada üst-üstə düşməsini misal göstərib:  

“Tramp Ukrayna müharibəsinin Rusiyanın xeyrinə yekunlaşmasını istəyir, Putin də eyni məqsədlə torpaq əldə etmək və Ukraynada rejim dəyişikliyinə nail olmaq niyyətindədir. Hənçinin Tramp Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsini dəstəkləyir və eyni zamanda Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətdə qalmasını istəmir". 

Siyasi şərhçi vurğulayıb ki, bu səbəbdən hətta belə bir görüş baş tutsa belə, Ukrayna məsələsində ciddi və ya həlledici nəticələrin əldə olunması ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna müharibəsində əsas tərəflər Moskva və Kiyev ilə yanaşı Avropadır və ABŞ bu qarşıdurmada Rusiyaya qarşı duran tərəf kimi çıxış etmir. 


A. Quliyev əlavə edib ki, Tramp-Putin görüşü tamamilə əhəmiyyətsiz olmasa da, kardinal dəyişikliklərə səbəb olmayacaq. O bildirib ki, belə bir görüşdə Ukrayna ilə yanaşı İran məsələsi də gündəmə gələ bilər. Analitik qeyd edib ki, İran Rusiyanın Ukrayna müharibəsində yaxın tərəfdaşlarından biridir və ehtimal olunur ki, Tramp Putindən İrana təsir göstərməyi və ya ona dəstəyi azaltmağı xahiş edə bilər. 

"Orbanın bu istiqamətdəki təşəbbüsü müsbət qiymətləndirilməlidir, lakin bu cür görüşlərin baş tutması avtomatik olaraq ciddi nəticələrin əldə olunacağı anlamına gəlmir və müzakirələr əsaslı dəyişiklik yaratmaya bilər", - deyə politoloq fikrini yekunlaşdırıb.  

Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Budapeştdə Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə ev sahibliyi etməyə hazırdır.  

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ABŞ vitse-prezidenti Ceyms Di Vens ilə görüşdən sonra açıqlayıb. 


O xatırladıb ki, Tramp bir vaxtlar Budapeştdə Ukrayna ilə bağlı Rusiya-ABŞ sammitinin keçirilməsini təklif etmişdi və bu, bəlkə də Avropada yeganə uyğun məkan idi. Orban daha sonra bu məsələni Rusiya və ABŞ liderləri ilə müzakirə etdiyini və texniki olaraq Macarıstanın Ukrayna ilə bağlı sülh görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib. 

"Əgər ABŞ və Rusiya sülh sammitini zəruri hesab etsələr, Budapeşt bu görüş üçün məkan təklif etməkdən məmnun olacaq. Biz buna hazırıq", - deyə o əlavə edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Bütün Xəbərlər