Serbiya höküməti etirazlara təslim oldu: Vuçiç hakimiyyətdən gedir?

Serbiya höküməti etirazlara təslim oldu: Vuçiç hakimiyyətdən gedir?
29.12.2025 16:28 Təhlil

Serbiyada Prezident Aleksandr Vuçiç etirazçıların tələbinə uyğun olaraq 2026-cı ildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. Vuçiç bildirib ki, bu qərar etirazlara siyasi cavabdır, lakin o, seçkilərdə qalib gələcəklərinə əmindir. Bu hadisə ölkədə etirazların hökumət siyasətinə təsirini və siyasi gərginliyi göstərir.

Maraqlıdır ki, bu proses nəticəsində Vuçiç hakimiyyətdən gedə bilərmi ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Asif Nərimanlı bildirib ki, Serbiyadakı etirazlar Vuçiçin millətçi və Rusiyaya yaxın siyasi xəttinə qarşıdır:


"Serbiyada baş verən etirazlar yeni deyil; bu cür aksiyalar daha əvvəl də müşahidə olunub. Mövcud hakimiyyət, yəni Aleksandr Vuçiçin rəhbərlik etdiyi siyasi kurs əsasən millətçi xəttə söykənir və müəyyən mənada Rusiya ilə yaxın münasibətlərə meylli kimi qiymətləndirilir. Bu səbəbdən Serbiya Avropa daxilində Rusiya siyasətinə simpatiya göstərən ölkələrdən biri kimi qəbul olunur. Hakimiyyətin əsas ideoloji xətti isə millətçi siyasətin davam etdirilməsidir".

Onun fikrincə, Vuçiçə qarşı olan müxalifət və etirazçı kəsim daha çox Avropa İttifaqının dəstəklədiyi liberal dairələrdən ibarətdir. Bu qüvvələr Vuçiç hakimiyyətinin sona çatmasını, dolayısı ilə Rusiyanın Avropa daxilindəki təsir imkanlarının zəiflədilməsini hədəfləyir. Avropa İttifaqı uzun müddətdir bu istiqamətdə siyasət aparır və kütləvi etirazlar da bu prosesin mühüm alətlərindən biri kimi çıxış edir. Analitik qeyd edib ki, Vuçiç növbədənkənar seçkilərlə  siyasi üstünlüyünü təsdiqləmək istəyir:


"Lakin indiyədək bu cəhdlər real nəticə verməyib. Əvvəlki seçkilərdə də Vuçiç qalib gəlib və bu mübarizə artıq uzun müddətdir davam edir. Növbədənkənar parlament seçkiləri təşəbbüsü də, əslində, Vuçiçin etirazlar fonunda öz siyasi üstünlüyünü yenidən təsdiqləmək niyyətindən irəli gəlir. Hakimiyyət bununla göstərməyə çalışır ki, etirazlara baxmayaraq, siyasi mübarizə sivil və seçki yolu ilə həll olunmalıdır". 

Politoloqun sözlərinə görə, Vuçiç və onun komandası hesab edir ki, seçkilərdə qələbə qazanmaqla həm etirazçıları, həm də Avropa İttifaqının dəstəklədiyi liberal siyasi xətti zəiflədə bilərlər. Fors-major hallar istisna olunmasa da, mövcud şərtlər fonunda Vuçiçin yenidən qalib gəlməsi ehtimalı kifayət qədər yüksək görünür.

"Bunun əsas səbəblərindən biri onun ölkə daxilində sabit elektorat dəstəyinə malik olmasıdır. Digər tərəfdən, beynəlxalq müstəvidə siyasi şərtlər də dəyişib. Əvvəllər Avropa İttifaqı və ABŞ, xüsusən Bayden administrasiyası dövründə, Vuçiç hakimiyyətinə qarşı daha sərt mövqe sərgiləyirdi və bu da onun üçün əlavə risklər yaradırdı. Lakin Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-nin siyasi xətti dəyişib və bu dəyişiklik Avropanın daxili proseslərinə də təsir göstərib".


A. Nərimanlı sonda əlavə edib ki, hazırkı mərhələdə Tramp administrasiyasının Serbiyadakı proseslərə ən azı neytral mövqe sərgiləməsi Vuçiçin mövqelərini daha da gücləndirir. 

"Geosiyasi reallıqlar, Avropadakı siyasi balans və Serbiya daxilindəki vəziyyət nəzərə alındıqda, Vuçiçin hakimiyyətdən getməsini şərtləndirən ciddi amillər görünmür. Bu səbəbdən böyük ehtimalla o, növbəti seçkilərdə də qələbə qazana biləre",-ekspert vurğulayıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Rusiya və İran təşvişdə - Azərbaycan elə bir addım atdı ki... 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Bütün Xəbərlər