Rusiyanın diqqəti Azərbaycana yönələcək: 1 həftə sonra...

Rusiyanın diqqəti Azərbaycana yönələcək: 1 həftə sonra...
29.10.2025 11:50 Təhlil

NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət nümayəndə heyətinin noyabrın 6-7-də Azərbaycana səfəri planlaşdırılıb. 


Bu səfər, xüsusilə Rusiyanın diqqət mərkəzində olacaq.

Belə ki, iyunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə yaxınlaşmasından narahatlığını açıq şəkildə ifadə etmişdi. Onun sözlərinə görə, NATO-nun Cənubi Qafqazda fəallaşması regionun təhlükəsizliyinə təhdid yaradır və Qərbin məqsədi burada sabitliyi pozmaq, yeni gərginlik ocaqları formalaşdırmaqdır.


Bu fonda qarşıdakı səfər həm regional balans, həm də Azərbaycan-NATO tərəfdaşlığının gələcək istiqamətləri baxımından mühüm siqnal kimi dəyərləndirilir.

Maraqlıdır, bəs Rusiya niyə bu qədər narahatdır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi səfərin NATO–Azərbaycan tərəfdaşlığı çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb:


“Qeyd etmək yerinə düşər ki, Azərbaycan 1994-cü ildən “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüdür. NATO ilə əməkdaşlıq əsasən sülhməramlı əməliyyatlar, hərbi təlimlər, müdafiə və təhlükəsizlik dialoqu istiqamətində qurulub və əlaqələr bu gün də eyni istiqamətdə davam edir. NATO-nun postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda fəallaşması, təbii ki, Rusiyada narahatlıq doğurur. Çünki Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasını öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Rusiya Cənubi Qafqazı hələ də postsovet geosiyasi məkanın bir hissəsi kimi görür və buna görə də alyansın regionda aktivləşməsinə etiraz edir. Bununla belə, NATO və Qərb institutları regionda getdikcə daha da fəallaşır. Bu səbəbdən rəsmi Moskvanın səfərə narahatlıq və ya etirazla reaksiya verməsi mümkündür. Rusiya Xarici İşlər Nazirliyinin səfərlə bağlı bəyanat yayması, yaxud Rusiya mətbuatında NATO-nun bu addımının “destabilizasiya amili” kimi təqdim olunması istisna edilmir”.

Siyasətçi izah edib ki, əslində, Rusiya üçün əsas məqsəd NATO-nun genişlənməsinin qarşısını almaq deyil, Azərbaycanın və Ermənistanın Qərbə siyasi və hərbi cəhətdən yaxınlaşmasının qarşısını almaqdır. Kreml bu istiqamətdə ardıcıl və israrlı siyasət yürüdür.


“NATO-nun Cənubi Qafqazda hər hansı simvolik fəaliyyəti Ukrayna müharibəsi fonunda Rusiya üçün strateji baxımdan məğlubiyyət əlaməti kimi qiymətləndirilə bilər. Bu gərginlik iki qütb arasında daim mövcud olub və yəqin ki, davam edəcək. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də balanslaşdırılmış siyasət yürüdür. Rusiya, Qərb, NATO və digər beynəlxalq platformalarla əməkdaşlıqda heç bir hərbi ittifaqa qoşulmadan münasibətlərini qoruyub saxlayır. Bu, rəsmi Bakıya müstəqil siyasət həyata keçirmək imkanı verir”, - deyə ekspert bildirib.

Ç.Şahbazi sonda əlavə edib ki, Rusiyanın səfərlə bağlı Azərbaycana qarşı hər hansı təzyiqi və ya sərt addımı gözlənilmir:

“Azərbaycan tərəfi bu səfəri balanslı xarici siyasətin tərkib hissəsi kimi təqdim edəcək və həm Qərb, həm də Rusiya ilə münasibətlərin zədələnməməsi üçün ehtiyatlı diplomatik davranış nümayiş etdirəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Bütün Xəbərlər