Rusiya “Gümrü hərbi bazası”nı niyə gücləndirir?

Rusiya “Gümrü hərbi bazası”nı niyə gücləndirir?
03.10.2025 17:24 Təhlil

Rusiya tərəfi bir neçə aylıq fasilədən sonra yenidən Gümrüdəki “102-ci baza”ya hərbi təchizata başlayıb. 

Ötən həftə bir neçə Rusiya “İl76 hərbi yük təyyarəsi” Ermənistanın Gümrü şəhərinə gəlib.

Maraqlıdır, Rusiya niyə məhz indi, bir neçə aylıq fasilədən sonra Gümrü bazasını təchizatla təmin etməyə başlayıb və Ermənistanın Qərb ilə yaxınlaşdığı bir vaxtda Moskvanın bu jesti hansı mesajı daşıyır?

“Bunun özü ölkənin, konkret olaraq Ermənistanın təhlükəsizliyinə təhdid yarada bilər…”

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi şərhçi Elşad Paşasoy bildirib ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasını silahlandırması ilə bağlı siyasəti müəyyən fasilələrlə davam etməkdədir:

"Xatırlayırsınızsa, yay aylarının əvvəllərində də biz Ermənistan rəhbərliyinin, şəxsən Ermənistan Baş naziri Nikol Paşinyan səviyyəsində Gümrüyə daşınan naməlum yüklərlə bağlı narahatlığını Ermənistan mediasından xəbər tutmuşduq. Təsəvvür edin ki, bir ölkənin ərazisinə başqa bir ölkəyə məxsus hərbi bazaya hərbi yüklər daşınır, amma sözügedən ölkə, onun rəhbərliyi bu yüklər haqqında heç bir məlumat ala bilmir. Bunun özü ölkənin, konkret olaraq Ermənistanın təhlükəsizliyinə təhdid yarada bilər. Eyni zamanda, Rusiya ilə münasibətləri tez-tez gərginləşən Nikol Paşinyan hakimiyyəti üçün də əlavə təhdid hesab oluna bilər. Məlumdur ki, Rusiyanın 102 saylı hərbi bazasının ötən əsrin 1990-cı illərində yaradılması, SSRİ silahlı qüvvələrinə məxsus bazanın təməli üzərində formalaşdırılması 25 il üçün nəzərdə tutulmuşdu. O zaman Ermənistanın təhlükəsizliyi məqsədilə bu istiqamətdə addım atıldığı deyilsə də, bu, daha çox NATO ölkəsi olan Türkiyədən Ermənistanın müdafiəsi istiqamətində bir addım idi. 2010-cu ildə Ermənistan və Rusiya arasında imzalanan sazişə əsasən, hərbi bazanın 2044-cü ilə qədər Ermənistanda mövcud olması ilə bağlı razılaşma əldə olundu. Bu razılaşmanın hətta 2044 cü ildən sonrakı müddət üçün də aktual olduğu barədə vaxtaşırı Rusiya rəsmiləri açıqlamalar verir”.

“Hərbi bazanın mövcudluğunu Ermənistanın təhlükəsizlik sistemi üçün çox mühüm amil olaraq qiymətləndirmişdi”

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfiri olan Sergey Kopırkinin bu yaxınlarda dediyi söz təsadüfi deyil:

“Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 102 saylı hərbi bazanın çıxarılması məsələsinin nə Rusiyanın, nə də Ermənistanın gündəmində olmadığı bildirmişdi. Faktiki olaraq hərbi bazanın mövcudluğunu Ermənistanın təhlükəsizlik sistemi üçün çox mühüm amil olaraq qiymətləndirmişdi. Həmçinin rus hərbçilərinin regionda heç kimi təhdid etmədiyi barədə iddialarını açıqlamışdı.  Bunun özü də Kremlin Paşinyan hakimiyyətinə, ümumilikdə Ermənistana xəbərdarlığı sayıla bilər. Çünki avqust ayında hərbi bazanın Ermənistandan çıxarılması barədə müəyyən aksiyalara çağırışlar gündəmə gəlmişdi, ancaq bunun qarşılığında Rusiya Ermənistandakı “5-ci kolon”u hərəkətə gətirərək Gümrü bazanın qorunması, rus hərbçilərin müdafiəsi adı altında cavab tədbirini həyata keçirmişdi. Bu da Paşinyan hakimiyyətinə növbəti xəbərdarlıq idi. Düzdür, Nikol Paşinyan maksimum ehtiyatlı davranır, xüsusilə də bilir ki, 102 saylı hərbi baza Rusiya üçün Qafqaz regionunda nə qədər önəmlidir. Bu mənada, hətta ötən həftə də bu məsələ gündəmə gələrkən Paşinyan bildirmişdi ki, Gümrüdəki hərbi bazanın və rus hərbçilərinin Ermənistanda yerləşdirilməsinin əsasları bəllidir”. 

Siyasi ekspert bu məsələnin Zəngəzur dəhlizi ilə bağlılığından da söz açıb:

“Digər tərəfdən, Zəngəzur dəhlizinin açılmasına əsas maneə həm də Rusiyanın Gümrüdəki hərbi bazası və rus sərhədçilərin Zəngəzur dəhlizini də əhatə edəcək bir hərəkət trayektoriyasında olmasıdır. Heç şübhəsiz ki, bu məqamda Nikol Paşinyan da od ilə su arasında qalmış kimi görünür, amma hazırkı reallıqlar onu daha cəsarətli addımlar atmaqdan çəkindirir.  Üstəlik, qarşıda ölüm-dirim mübarizəsi sayıla biləcək parlament seçkilərinin nəticələri istiqamətində hədəflər dayanırsa…”

E.Paşasoy son olaraq onu da bildirib ki, Kreml “Ermənistan qalasını əldən vermək niyyətində deyil:

“Bir sözlə, Kreml “Ermənistan qalası”nı əldən vermək niyyətində deyil. Rusiyanın Zəngəzur dəhlizi, Tramp marşrutu istiqamətində əldə olunan razılaşmaları pozması üçün ən müxtəlif planlarının mövcudluğu da şübhə doğurmur.  Bu baxımdan, indiki situasiyada yüklərin daşınması Rusiyanın növbəti təxribatlarının anonsu sayıla bilər. Ümumiyyətlə, Ermənistan ordusuna hansısa bir piar qələbəsi lazımdır ki, xalqın dəstəyini alsın.  Digər tərəfdən, istisna deyil ki, Avropa İttifaqının Ermənistandakı kəşfiyyat şəbəkəsinin mövcudluğu şəraitində və ABŞ-Ermənistan hərbi əməkdaşlığının irəliyə aparılması halında Rusiya Gümrüdəki hərbi bazasını daha çox silah arsenalı ilə təmin etməklə bir dirəniş göstərir. Görünən budur ki, hətta Ukrayna bataqlığında olduğu dövrdə belə Rusiya 2044-cü ilə qədər mövcud olmaqda israrlı olduğu Gümrü hərbi bazasını tərk etmək niyyətində deyil. Gedən proses göstərir ki, qan tökmək bahasına da olsa, Ermənistandan öz hərbçilərini çıxarmaq fikrində deyil və belə bir təşəbbüsü yaxına buraxmayacaq".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Rusiya “Gümrü hərbi bazası”nı niyə gücləndirir? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Bütün Xəbərlər